• cümə, 29 Mart, 00:06
  • Baku Bakı 7°C

Dünya ölkələrini zəfəranla təmin edən iri şirkət yaradılır

09.10.19 13:00 666
Dünya ölkələrini zəfəranla təmin edən iri şirkət yaradılır
İran gələn 2 il ərzində zəfəran istehsalı üzrə iri şirkət yaradacaq.
Trend-in məlumatına görə, bunu İranın Kənd Təsərrüfatı Nazirliyinin dərman bitkiləri üzrə layihənin icraçısı və nazirin müşaviri Hüseyn Zeynəli Mehr informasiya agentliyinə açıqlamasında deyib.
H.Zeynəlinin sözlərinə görə, dünya ölkələri zəfəranı təmin etmək üçün sadəcə bu şirkətlə alqı-satqı edəcək.
Qeyd edək ki, İran dünya zəfəranının 95%-ni istehsal edir.
Nazirlik rəsmisi 2007-2019-cu illərdə (21 mart 2007-dən -21 mart 2019-dək) İranda zəfəran istehsalının 230 tondan 404 tona çatdığını deyib:
"Bu ildə məhsul istehsalının təxminən 30 ton artaraq 434 tona çatacağı proqnoz edilir. Ötən il 351 milyon dollar dəyərində 280 ton məhsul ixrac edilib. Bu il zəfəran əkininin təxminən 50%-i texnika ilə həyata keçirilib".
banner

Oxşar Xəbərlər