AZE | RUS | ENG |

Dünya liderləri qlobal iqlim dəyişmələri ilə mübarizəyə çağırılıb

Dünya liderləri qlobal iqlim dəyişmələri ilə mübarizəyə çağırılıb
Yeni Zelandiyanın Baş naziri Casinda Ardern dünya liderlərini qlobal iqlim dəyişmələri ilə mübarizədə qətiyyətli fəaliyyətə çağırıb.

AZƏRTAC "New Zealand Herald” nəşrinə istinadla xəbər verir ki, bu barədə o Davosda keçirilən Dünya iqtisadi Forumunda çıxışı zamanı bəyan edib.

Baş nazirin sözlərinin sitat gətirən nəşr yazır: "Dünya liderləri bu istiqamətdə dayanmadan fəaliyyət göstərməlidirlər, çünki bu, bir siyasi dövr üçün deyil, bütün planetin gələcəyi üçün vacibdir. Bu gün biz müəyyən gücə, biliyə malik olduğumuz bir zamanda təbiətlə harmoniyada yaşamalıyıq. Lazımi tədbirlərin görülməməsi sadəcə yolverilməzdir”.

C.Ardern, həmçinin deyib ki, onun hökuməti ölkənin ətraf mühitinin qorunması üzərində nəzarəti gücləndirmək niyyətindədir və yaxın zamanlarda ənənəvi iqtisadi inkişafın ölçülməsi üsullarından və "rifah halı büdcəsindən” imtina edərək, dövlətin ekosisiteminin vəziyyətinin əsas götürüldüyü inkişaf səviyyəsinin qiymətləndirilməsi üsuluna keçmək niyyətindədir.





Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946