• şənbə, 20 Aprel, 01:15
  • Baku Bakı 15°C

Dünya liderləri İlham Əliyevi təbrik edirlər

26.05.14 14:29 1029
Dünya liderləri İlham Əliyevi təbrik edirlər
28 May-Respublika Günü münasibəti ilə Azərbaycan prezidentinə təbrik məktubları gəlir. Lent.az-ın məlumatına görə, Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet, Almaniya prezidenti Yoaxim Qauk, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Bakir İzetbeqoviç, Kuba Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Raul Kastro Rus, Niderlandın Kralı Villem-Aleksandr, İsveçin Kralı Karl Qustav, Sloveniya prezidenti Borut Pahor, Koreya prezidenti Xanım Pak Kın He, Avstriya prezidenti Haynts Fişer, İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səud dövlət başçısı İlham Əliyevə ünvanladıqları təbrik məktublarında Azərbaycan xalqına və dövlətinə firavanlıq arzu ediblər.
Almaniya prezidentinin təbrikində deyilir: “Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Almaniya-Azərbaycan münasibətlərinin dinamik inkişafı Sizin ölkənin beynəlxalq aləmdə artan əhəmiyyətini əks etdirir. Mən şadam ki, Azərbaycan Almaniya və Avropa ilə sıx əməkdaşlığın tərəfdarıdır. Bu fakt Azərbaycanın “Cənub” qaz dəhlizində iştirakı ilə bağlı tarixi qərarının əsasını təşkil edib. Almaniya Sizin Avropa İttifaqı ilə sıx əməkdaşlıq etməyə hazır olmağınızı, Avropanın dəyərlər və hüquqlar sisteminə qoşulmaq istəyinizi alqışlayır. Almaniya Azərbaycanın modernləşmə və islahatlar istiqamətində səylərini dəstəkləmək üçün siyasi dialoqu, eləcə də ölkələrimiz arasında iqtisadi, mədəni və təhlükəsizlik sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək əzmindədir. Sizə ən xoş arzularımı çatdırır, Azərbaycan xalqına sülh, tərəqqi və rifah dolu gələcək diləyirəm”.
banner

Oxşar Xəbərlər