• çərşənbə axşamı, 16 aprel, 17:26
  • Baku Bakı 19°C

Dünya liderləri 28 May - Respublika Günü münasibəti ilə təbrik edirlər

24.05.17 18:53 3652
Dünya liderləri 28 May - Respublika Günü münasibəti ilə təbrik edirlər
Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet Azərbaycan prezidentinə məktub göndərib. Məktubda deyilir:
"Zati-aliləri. Milli bayramınız olan Respublika Günü münasibətilə Sizə ən səmimi salamlarımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Qarşıdan gələn illərdə Azərbaycan xalqına xoşbəxtlik arzulayıram".
Roma Papası Fransisk Azərbaycan prezidenti İlham Əliyevi 28 May - Respublika Günü münasibəti ilə təbrik edib. Məktubda deyilir:
"Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə, eləcə də həmvətənlərinizə səmimi təbriklərimi çatdırmaqdan sevinc duyuram. Ölkənizə bu yaxınlarda etdiyim səfərimi məmnunluqla xatırlayaraq, Allahdan Azərbaycan vətəndaşlarının hər birinə xoşbəxtlik və firavanlıq diləyirəm. Ulu Tanrının mərhəməti Zati-alinizin, ölkənizin rəhbərliyinin və Azərbaycan xalqının üzərində olsun”.
Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseyn Azərbaycan prezidenti İlham Əliyevi 28 May - Respublika Günü münasibəti ilə təbrik edib. Məktubda deyilir:
"Milli bayramınız - Respublika Günü münasibətilə Azərbaycan hökumətinə və xalqına səmimi təbriklərimi çatdırmaqdan məmnunluğumu ifadə edirəm. Pakistan Azərbaycan ilə ortaq etiqada əsaslanan münasibətlərə yüksək qiymət verir. Ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, enerji və müdafiə sahələri də daxil olmaqla güclü və çoxtərəfli əməkdaşlıq hökumətlərimiz və xalqlarımız arasında möhkəm əlaqələrin təzahürüdür. Səmimi qəlbdən ümid edirəm ki, ikitərəfli münasibətlərimiz qardaş ölkələrimizin mənafeyi naminə daha da güclənəcək. Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

İlham Əliyevi 28 May - Respublika Günü münasibəti ilə, həmçinin Bolqarıstan prezidenti Rumen Radev, Qazaxıstan prezidentiNursultan Nazarbayev, İtaliya prezidenti Sergio Mattarella, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov,Hindistan prezidenti Pranab Mukherci, Qırğızıstan prezidentiAlmazbek Atambayev, Belarus prezidenti Aleksandr Lukaşenko, İraq prezidenti Fuad Məsum, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymintəbrik ediblər.
banner

Oxşar Xəbərlər