• şənbə, 20 Aprel, 10:06
  • Baku Bakı 14°C

Dünya kuboku Almaniyaya qismət oldu

14.07.14 08:10 1421
Dünya kuboku Almaniyaya qismət oldu
Apasport.az saytının xəbərinə görə, 1 ay öncə start götürən XX mundialın final matçı Rio-de-Janeyro şəhərindəki “Marakana” stadionunda baş tutub.
İtaliyalı baş hakim Nikolla Ritsollinin idarə etdiyi həlledici görüşdə Almaniya və Argentina yığmaları qarşılaşıb. Matçın əsas vaxtında qapılara top vurulmadığından, qalibi müəyyənləşdirmək üçün əlavə vaxt təyin edilib.
Əlavə vaxtın ikinci hissəsində almanlar hesabı açmağa nail olublar. Məhz bu qol Bundestimə qızıl medalları qazandırıb.
Qeyd edək ki, bu, Almaniyanın dördüncü dünya çempionluğudur. Avropa təmsilçisi bundan öncə daha üç dəfə - 1954, 1974 və 1990-cı illərdə kuboka sahib çıxıb.
Argentinalılar isə 1978 və 1986-cı illərdə dünya çempionu adını qazana bilib.
14 iyul
Final
Almaniya – Argentina - 1:0
Qol: Mario Götze, 114
Baş hakim: Nikola Ritsolli
Rio-de-Janeyro. «Marakana» stadionu
Almaniya: Noyer, Lam, Xummels, Boatenq, Hövedes, Şvaynştayqer, Kramer, Müller, Kroos, Özil, Kloze.
Argentina: Romero, Sabaleta, Demikelis, Qaray, Roxo, Peres, Maskerano, Bilya, Lavessi, İquain, Messi.
banner

Oxşar Xəbərlər