• cümə, 29 Mart, 12:43
  • Baku Bakı 14°C

Dünya kinosunun 120 illiyinə layiqli töhfə

09.03.17 13:30 1106
Dünya kinosunun 120 illiyinə layiqli töhfə
Bakı Dövlət Universitetinin professoru, Dövlət mükafatı laureatı, Əməkdar İncəsənət Xadimi, kinoşünas Aydın Dadaşovun "Dünya kinosu örnəklər kontekstində” monoqrafiyası yüksək poliqrafik keyfiyyətlə işıq üzü görüb.
A.DadaşovAZƏRTAC-a bildirib ki, kitab Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Şərq-Qərb” nəşriyyatında çapdan çıxıb. Nəşrdə dünya kinosunun 120 tanınmış rejissorunun 300-dən artıq filminin nəzəri əsaslarla araşdırılması ekran sənəti üçün kadr hazırlığı istiqamətində mədəniyyət strategiyasına xidmət göstərir. Kitab UNESCO-nun keçirdiyi dünya kinosunun 120 illiyinə layiqli töhfədir. Nazirliyin tabeliyində olan aidiyyəti qurumlara və kütləvi kitabxanalara paylanılacaq monoqrafiya kinosevərlər üçün də dəyərli hədiyyədir.
Ötən il "Azərbaycan kinosu: mövzu, struktur, üslub, janr” monoqrafiyasının oxucuların ixtiyarına verildiyini deyən A.Dadaşov diqqətə çatdırıb ki, hazırda o, "Şərq kinosunun sənətkarlıq xüsusiyyətləri” monoqrafiyası üzərində çalışır.
banner

Oxşar Xəbərlər