AZE | RUS | ENG |


Dünya kinosunun 120 illiyinə layiqli töhfə

Dünya kinosunun 120 illiyinə layiqli töhfə
Bakı Dövlət Universitetinin professoru, Dövlət mükafatı laureatı, Əməkdar İncəsənət Xadimi, kinoşünas Aydın Dadaşovun "Dünya kinosu örnəklər kontekstində” monoqrafiyası yüksək poliqrafik keyfiyyətlə işıq üzü görüb.

A.Dadaşov AZƏRTAC-a bildirib ki, kitab Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Şərq-Qərb” nəşriyyatında çapdan çıxıb. Nəşrdə dünya kinosunun 120 tanınmış rejissorunun 300-dən artıq filminin nəzəri əsaslarla araşdırılması ekran sənəti üçün kadr hazırlığı istiqamətində mədəniyyət strategiyasına xidmət göstərir. Kitab UNESCO-nun keçirdiyi dünya kinosunun 120 illiyinə layiqli töhfədir. Nazirliyin tabeliyində olan aidiyyəti qurumlara və kütləvi kitabxanalara paylanılacaq monoqrafiya kinosevərlər üçün də dəyərli hədiyyədir.

Ötən il "Azərbaycan kinosu: mövzu, struktur, üslub, janr” monoqrafiyasının oxucuların ixtiyarına verildiyini deyən A.Dadaşov diqqətə çatdırıb ki, hazırda o, "Şərq kinosunun sənətkarlıq xüsusiyyətləri” monoqrafiyası üzərində çalışır.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7028
GBP 1 İngilis funt sterlinqi 2.1620
TRY 1 Türk lirəsi 0.4850
KWD 1 Küveyt dinarı 5.6049
SEK 1 İsveç kronu 0.1947
EUR 1 Avro 1.8999
CHF 1 İsveçrə frankı 1.7536
USD 1 ABŞ dolları 1.7022