• şənbə, 20 Aprel, 10:12
  • Baku Bakı 14°C

Dünya İqtisadi Forumunun panel müzakirəsində Bakı Limanının əhəmiyyəti qeyd edilib

22.01.20 09:45 1354
Dünya İqtisadi Forumunun panel müzakirəsində Bakı Limanının əhəmiyyəti qeyd edilib
İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda "Xəzər nəqliyyat dəhlizləri qlobal dəyişikliklər fonunda” panel müzakirəsində "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nın baş direktoru Taleh Ziyadov çıxış edib.
QSC-dənAZƏRTAC-a bildirilib ki, Taleh Ziyadov Bakı Limanının "Şərq–Qərb” nəqliyyat dəhlizində (Orta dəhliz) mühüm yer tutduğunu deyib. Qeyd edilib ki, beynəlxalq logistika və nəqliyyat şirkətləri ilə əməkdaşlıq edərək Çinə və Mərkəzi Asiyaya daha çox yüklərin Venlo (Niderland) – İstanbul (Türkiyə) - Bakı Limanı (Azərbaycan) - Çin marşrutu ilə yollanması nəzərdə tutulub.

banner

Oxşar Xəbərlər