AZE | RUS | ENG |


Dünya insanına daha bir mükafat

Dünya insanına daha bir mükafat
Orxan Pamuk mükafatlandırıldı

Son beş ildə Orxan Pamuk Norveç, İslandiya, Danimarka, Yunanıstan, Peru, Portuqaliya, Belçika, Yaponiya, Avstriya, Latviya kimi bir çox ölkənin ədəbi və mədəni-humanitar sahələrin fədailəri üçün tərtib olunmuş müxtəlif nominasiyaların qalibi olub. Bu dəfə isə uzunmüddətli "soyuq müharibə” mərhələsinə başlamış Türkiyə-Rusiya münasibətlərinin isinməsindəki növbəti addım kimi dəyərləndirilən bir hadisə baş verib. Bir müddət əvvəl xəbər verdiyimiz kimi, Pamukun adı "öz razılığı ilə olmasa da” naşiri və şəxsi məsləhətçisi tərəfindən "Beynimdəki qəribəlik” adlı son romanı ilə "Yasnaya Polyana” ədəbi mükafat fondunun "Ən yaxşı xarici ədəbiyyat” nümunəsi nominasiyası üçün təyin etdiyi müsabiqəyə təqdim olunmuşdu. "NTV”-nin xəbərinə görə, nobelli yazar "Tolstoy Muzeyi”-nin dəstəyi ilə təşkil olunan müsabiqənin builki laureatı olub.
Moskavada "Balşoy Teatr”-da təşkil olunan təqdimetmə mərasimində "Müasir klassika”, "XXI əsr”, "Uşaqlıq, yeniyetməlik, gənclik” və "Xarici ədəbiyyat” nominasiyaları üzrə mükafatlar paylanılıb. Pamuk müsabiqəyə təqdim olunmuş romanla sadəcə mükafata yox, həmçinin 1 milyon rubl məbləğində pula (26 min manat – red.) da sahib olub.
Təqdimetmə mərasimlərində nadir hallarda iştirak etmək imkanı olan Pamuk bu dəfə də ənənəyə sadiq qalıb. Mərasimə video məktub göndərən Pamuk mesajında deyib: "Layiq görüldüyüm bu böyük şərəfli ad üçün münsiflər heyətinə dərin təşəkkürümü bildirirəm. Təkcə mən yox, bütün müasir türk və dünya ədəbiyyatı klassik rus ədəbiyyatından çox şey öyrənib. Klassik rus ədəbiyyatında dünya ədəbiyyatının böyük ənənələri yatır. Mən hələ də dərs dediyim universitetlərdə bu ənənələrin sabitliyindən heyranlıqla danışıram”.
Təqdimetmədən sonra şəxsi hesabından duyğularını bölüşən yazar bunları qeyd edib: "25 yaşımda roman yazmağa başlayanda bir gün Moskvaya gedib, "Yasnaya Polyana”da Tolstoyun evinə baxacağım günün xəyalını qururdum. 40 il sonra bu xəyal gerçəkləşəcək. Mən o evi Nobel Ədəbiyyat mükafatlı yazar kimi ziyarət edəcəyəm”. Pamuk mükafatını almaq üçün gələn ilin fevral ayında Moskvaya səfər edəcəyini bildirib.


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6957
GBP 1 İngilis funt sterlinqi 2.1978
TRY 1 Türk lirəsi 0.4774
KWD 1 Küveyt dinarı 5.5930
SEK 1 İsveç kronu 0.1926
EUR 1 Avro 1.8495
CHF 1 İsveçrə frankı 1.7116
USD 1 ABŞ dolları 1.7025