• cümə, 29 Mart, 00:48
  • Baku Bakı 7°C

“Dünya gözəli-2018” yarışmasının qalibi

09.12.18 09:00 786
“Dünya gözəli-2018” yarışmasının qalibi
Çinin Sanya şəhərində keçirilən "Dünya gözəli-2018” müsabiqəsinin qalibi bəlli olub.
Trend-in məlumatına görə, bu titula Meksikadan Vanessa Ponse layiq görülüb. İkinci yeri isə taylandlı Nikolin Piçapa tutub.
Üç saat davam edən final mərhələsində 30 namizəddən 5 ölkənin (Belarus, Meksika, Tayland, Uqanda və Yamayka) modeli fərqlənib.
Vanessanın tacını keçən il qalib olan hindistanlı Manuşi Çhillar təqdim edib.
Xatırladaq ki, "Dünya gözəli” beynəlxalq yarışması ilk dəfə 1951-ci ildə keçirilib. Bu il keçiirlən yarışmada isə 18-26 yaş arası dünyanın 118 ölkə və regionundan qızlar iştirak edib. "Dünya gözəli” yarışması 2011-ci ildən Sanya şəhərində keçirilir.
banner

Oxşar Xəbərlər