• cümə, 29 Mart, 15:53
  • Baku Bakı 14°C

Dünya əhalisinin sayı 11 milyarda çatacaq

19.06.19 09:00 430
Dünya əhalisinin sayı 11 milyarda çatacaq
2050-ci ildə dünya əhalisi 9,7 milyard nəfər, 2100-cü ildə isə 11 milyard nəfərə çatacaq.
Trend-in məlumatına görə, bu barədə BMT-nin hesabatında deyilir.
Qeyd olunur ki, 2100-cü ildən dünya əhalisinin artım tempi azalacaq.
Proqnozlara görə, yaxın 10 il ərzində Hindistan əhalisinin sayına görə Çini keçəcək. Bu əsrin ortalarınadək Nigeriya, Pakistan, Konqo Demokratik Respublikası, Efiopiya, Tanzaniya, İndoneziya, Misir və ABŞ-da əhali artımı çox olacaq.
Hesabatda qeyd olunur ki, 2050-ci ilədək dünya əhalisinin 16 faizi 65 yaşdan yuxarı insanlar olacaq. Hazırda bu rəqəm 9 faizə bərabərdir. Avropa və Şimali Amerikada isə əhalinin dörddə bir hissəsi 65 yaşdan yaşlı olacaq.
banner

Oxşar Xəbərlər