• cümə, 19 Aprel, 12:06
  • Baku Bakı 25°C

Dünya çempionatından 3 gümüş medal gətirdik

22.10.13 08:27 1351
Dünya çempionatından 3 gümüş medal gətirdik
Ağır Atletika Federasiyasından apasport.az saytına verilən məlumata görə, artıq Azərbaycan milli komandasının bir üzvü körpücük üzərinə çıxıb.
Qadınların yarışında Kristina Yovu qüvvəsini sınayaraq, uğura imza atıb. O, 53 kq çəki dərəcəsində mundialın gümüş medalını qazanıb.
Belə ki, təmsilçimiz birdən qaldırma hərəkətində əvvəlcə 93, daha sonra 96, ən sonda isə 100 kq-lıq ştanqın öhdəsindən gəlib və bu hərəkətdə dünya çempionatının gümüş medalına sahib çıxıb. Çinli Li Yayun da eyni çəkini qaldırsa da, şəxsi çəkisi Kristinadan az olduğundan qızıl medal əldə edib.
Təkanla qaldırma hərəkətində atletimiz əvvəlcə 113 kq-ı başı üzərinə qaldırıb. Kristina sonra sifariş verdiyi 120 kq-ı ram edə bilməsə də, üçüncü cəhdində 121 kq-ın öhdəsindən gəlib. O, təkanla qaldırma hərəkətində də gümüş medal əldə edib.
Toplamda 221 kq (100 kq + 121 kq) nəticə nümayiş etdirən Yovu dünya çempionatının ümumi sıralamasında 2-ci yeri tutaraq, gümüş medal qazanıb.
banner

Oxşar Xəbərlər