• çərşənbə, 24 Aprel, 14:46
  • Baku Bakı 27°C

Dünya çempionatında ən çox azarkeşlə təmsil olunan ölkələr açıqlanıb

05.08.18 18:09 682
Dünya çempionatında ən çox azarkeşlə təmsil olunan ölkələr açıqlanıb
Futbol üzrə dünya çempionatının keçirildiyi müddətdə Rusiyaya ən çox azarkeş Çin, ABŞ və Meksikadan gəlib.
"Report" xəbər verir ki, bu barədə Rusiya Sərhəd Xidmətindən açıqlama verilib. Həmin məlumatlara əsasən, Çindən 53 min, ABŞ-dan 46 min, Meksikadan 41 min insan Azərbaycanla qonşu ölkəyə ayaq basıb. Sonrakı yerlərdə Argentina (31 min), Braziliya (27 min), Almaniya və Böyük Britaniya (hər ikisi 25 min), Kolumbiya (23 min), Peru və Fransa (hər ikisi 20 min), Xorvatiya (18 min) qərarlaşıb.
Ümumilikdə, Rusiya dövlət sərhədini 633 min əcnəbi vətəndaş azarkeş vəsiqəsi ilə keçib. Onların əsas istiqamətləri Moskva və Sankt-Peterburq olub. Ölkəyə gələn əcnəbilərin sayında (5 milyon nəfər) isə ciddi dəyişiklik baş verməyib. Lakin ötənilki göstəricilərlə müqayisədə dünya çempionatında iştirak edən ölkələrin sakinləri kəskin artıb.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin azarkeş pasportu ilə gələnlərə ilin sonunadək ölkədə vizasız qalmaq icazəsi verib.
banner

Oxşar Xəbərlər