• cümə, 29 Mart, 03:19
  • Baku Bakı 7°C

Dünya çempionatında dava: İdmançılarımız erməniləri döydü

08.05.15 11:18 870
Dünya çempionatında dava: İdmançılarımız erməniləri döydü
Gürcüstanın paytaxtı Tiflisdə karate üzrə 6-cı dünya çempionatı zamanı azərbaycanlı və erməni idmançılar arasında kütləvi dava baş verib.
Milli.Az-a açıqlama verən Şotokan Karate Birliyinin prezidenti Renat Əliyev bildirdi ki, idmançımız Turqut Həsənov dörddəbir finalda erməni idmançısını məğlub etdikdən sonra olay böyüyüb:
"Ermənini məğlub etdikdən sonra onlar bunu həzm etməyərək təxribatlara başladılar. Bizim uşaqlarla əlbəyaxa davaya çıxdılar. Bizimkilər onların layiqincə cavabını verdi. Daha sonra olaya müdaxilə olundu və həmin erməni idmançı və digərləri hadisə yerindən uzaqlaşdırıldılar. Aranı qatan erməni idmançı uzun müddətlik diskvalifikasiya edildi. Erməni idmançılarının nümayəndə heyətinin rəhbəri hər kəsdən üzr istədi. Bizim idmançılara isə nə xəbərdarlıq edildi, nə də bir başqa şey. Hər şey qaydasındadır".
banner

Oxşar Xəbərlər