AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Dünya birliyi Gəncə faciəsinə də göz yummaqdadır - Tarixçi alim

Dünya birliyi Gəncə faciəsinə də göz yummaqdadır - Tarixçi alim

Cəmiyyət
20 Oktyabr 2020, 13:15 275
XX əsrin əvvəllərində havadarlarının sifarişi və terrorçu təşkilatlar tərəfindən Azərbaycanın tarixi torpaqları əsasında bir layihə olaraq yaradılan erməni dövlətçiliyi bu gün də öz terrorçu mahiyyətini göstərməkdədir.
 
Bunu Trend-ə AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Mübariz Ağalarov deyib.
Onun sözlərinə görə, humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistanın hərbi-siyası xuntası Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərini raket atəşinə tutmaqla öz terrorçu mahiyyətini bir daha göstərib. Bu erməni vəhşiliyi, təkcə Gəncə şəhərində çoxsaylı insan təlafatı və onlarla mülki əhalinin ağır yaralanması ilə nəticələnmişdir.
 
Tarixçi əlavə edib ki, bu cinayət faktı artıq Xocalı və digər soyqırımılardan sonra Azərbaycan əhalisinə qarşı erməni faşistlərinin törətdiyi növbəti qətliamlardan biridir:
"Bütün fundamental istiqamətlərdə Azərbaycana acınacaqlı şəkildə məğlub olan erməni dövləti hərbi müstəvidə də ağır məğlubiyyət günlərini yaşamaqdadır. Bu ağır məğlubiyyətin əvəzi olaraq erməni ünsürlərinin cəbhə bölgəsində azərbaycanlıları vəhşicəsinə qətlə yetirmələrinin bir adı var - erməni vəhşiliyi və terrorizm... Təəssüflər olsun ki, dünya birliyi və siyasi dairələr ermənilərin azərbaycanlılara qarşı əvvəlki qətliamlar siyasətinə biganə qaldığı kimi, Gəncə faciəsinə də göz yummaqdadır".