• cümə, 19 Aprel, 03:52
  • Baku Bakı 18°C

Dünya birjalarında neft yenidən bahalaşmağa başlayıb

09.11.16 16:47 798
Dünya birjalarında neft yenidən bahalaşmağa başlayıb
Dünya birjalarında neft yenidən bahalaşmağa başlayıb.

"APA-Economics"in məlumatına görə, Bakı vaxtı ilə saat 15:00-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,09 dollar artaraq 45,07 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,14 dollar artaraq 46,18 dollar olub.

Xatırladaq ki, bu gün səhər ABŞ-da keçirilən prezident seçkilərinin ilkin nəticələrinə əsasən respublikaçı namizəd Donald Trampın liderliyi qoruyub saxlaması barədə məlumat neftin 4%-ə qədər ucuzlaşmasına səbəb olub.
banner

Oxşar Xəbərlər