AZE | RUS | ENG |

Dünya birinciliyinin ilk günündə 3 medal

Dünya birinciliyinin ilk günündə 3 medal
Bakıda keçirilən I dünya birinciliyi Azərbaycan millisi üçün uğurla başlayıb


Apasport.az saytının məlumatına görə, yarışa 18 idmançı ilə qatılan yığmamız ilk gündə 2 gümüş və 1 bürünc medal qazanıb. Təmsilçilərimizdən Minayə Əkbərova (29 kq) və Məhəmməd Əlizadə (33 kq) yalnız finalda uduzaraq, ikinci yerlə kifayətləniblər. Yarımfinal səddini keçə bilməyən Nərgiz Mirzəyeva (37 kq) 3-cü yeri tutub. İlk gündə mübarizəyə qoşulan digər taekvondoçularımızdan Sevda Pirseyidova (33 kq) və Xəyyam Qasımov (37 kq) isə birinci döyüşlərində məğlub olublar. Qeyd edək ki, bu gün komandamızın daha beş üzvü - Diana Hacəliyeva (33 kq), Aytən Süleymanova (44 kq), Aqşin Abdulov (41 kq), Həsən Həsənov (45 kq) və Ruslan Babayev (49 kq) gücünü yoxlayacaq.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8964
GEL 1 1 Gürcüstan larisi 0.6134
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1611
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1761
CHF 1 1 İsveçrə frankı 1.6801
KWD 1 1 Küveyt dinarı 5.5836
TRY 1 1 Türkiyə lirəsi 0.2805