• cümə axşamı, 28 mart, 20:45
  • Baku Bakı 13°C

Dünya Bankı: Azərbaycan iqtisadiyyatı yaxın illərdə əhəmiyyətli artım nümayiş etdirəcək

09.01.19 16:55 631
Dünya Bankı: Azərbaycan iqtisadiyyatı yaxın illərdə əhəmiyyətli artım nümayiş etdirəcək
Dünya Bankı 2019-cu ildə Azərbaycanda 3,6 faiz həcmində iqtisadi artım proqnozlaşdırır.
Trend bu barədə Bankın yeni "Dünya iqtisadiyyatının perspektivləri” hesabatına istinadən məlumat verir.
Proqnozlara əsasən, 2020 və 2021-ci illərdə Azərbaycanda bu göstərici müvafiq olaraq 3,3 və 2,7 faiz təşkil edəcək.
Azərbaycanın daxil olduğu Avropa və Mərkəzi Asiya regionunda isə artım tempi bu il 2,3 faiz, 2020 və 2021-ci illərdə 2,7 və 2,9 faiz səviyyəsində proqnozlaşdırılır.
Ümumilikdə proqnozlara əsasən, 2019-cu ildə dünya iqtisadiyyatının artım tempi 2,9 faizədək azalacaq. 2020 və 2021-ci illərdə iqtisadi artım tempi 2,8 faiz həcmində gözlənilir.
banner

Oxşar Xəbərlər