• cümə axşamı, 28 mart, 20:20
  • Baku Bakı 13°C

Dünya Bankı Azərbaycan hökumətinə kömək etməyə hazırdır

17.08.17 16:24 1357
Dünya Bankı Azərbaycan hökumətinə kömək etməyə hazırdır

Dünya Bankı (DB) Azərbaycan hökumətinə özəl sektorun kreditləşdirilməsi üzrə yeni mexanizm hazırlamağa kömək etməyə hazırdır.
Bunu Trend-ə müsahibəsində bankın Azərbaycan nümayəndəliyinin rəhbəri Navid Hassan Naqvi deyib.

Onun fikrincə, hökumət biznesin kreditləşdirilməsi ilə məşğul olmamalıdır: "Ümumilikdə maliyyə sektoru kreditləşdirmə haqqında qərarı müstəqil olaraq özü qəbul etməlidir".

Agentliyin həmsöhbəti bildirib ki, sağlamlaşdırma prosesinin başlamasınadək Azərbaycan Beynəlxalq Bankının payına Azərbaycanın bank sektorunun bütün aktivlərinin təqribən 35 faizi düşürdü: "Lakin bankın akitvlərlə bağlı ciddi problemi oldu. ABB-nin belə problemlə qarşılaşmasının səbəblərindən biri o idi ki, müvafiq qərarı (kredit ayrılması barədə - red.) hökumət deyil, özəl sektor qəbul etməlidir".

N.H.Naqvi qeyd edib ki, Dünya Bankı, o cümlədən DB qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası vasitəsilə Azərbaycan hökumətinə özəl sektorun kreditləşdirilməsi üzrə yeni mexanizmin hazırlanması üçün kömək etməyə hazırdır.

banner

Oxşar Xəbərlər