AZE | RUS | ENG |

Dünya Bankı aqrar layihə üçün Azərbaycana kredit ayırmağı düşünür

Dünya Bankı aqrar layihə üçün Azərbaycana kredit ayırmağı düşünür
Dünya Bankı "Azərbaycan kənd investisiyaları” layihəsinin üçüncü mərhələsinin (AZRIP-3) konsepsiyasının hazırlanmasını davam etdirir.

Bu barədə Trend-ə bankın Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, hazırda kreditin məbləği müzakirə olunur: "Gündəlikdə bir neçə variant mövcuddur. Variantlardan birinə əsasən 90 milyon dollar həcmində kreditin ayrılmasını nəzərdə tutulur, amma hələlik bu məbləğ dəqiq deyil və dəyişdirilə bilər”.

Qeyd edək ki, bir müddət əvvəl Dünya Bankının Bakı ofisinin rəhbəri Nəvid Həsən Naqvi Trend-ə bildirmişdi ki, bank konsepsiyanı bu ilin sonunadək başa çatdırmağı planlaşdırır.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0037
GEL 1 Gürcü larisi 0.6995
GBP 1 İngilis funt sterlinqi 2.4138
TRY 1 Türk lirəsi 0.4229
KWD 1 Küveyt dinarı 5.6700
SEK 1 İsveç kronu 0.2025
EUR 1 Avro 2.1043
CHF 1 İsveçrə frankı 1.7552
USD 1 ABŞ dolları 1.7000