• cümə, 29 Mart, 02:17
  • Baku Bakı 7°C

“Dünya azərbaycanlılarının palitrası” kitabının ABŞ-da da təqdimatı keçirilib

03.03.17 15:30 790
“Dünya azərbaycanlılarının palitrası” kitabının ABŞ-da da təqdimatı keçirilib
Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən Nyu-York Azərbaycan Evində jurnalist-araşdırmaçı Fuad Hüseynzadənin"Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı keçirilib. ÖncəNyu-York Azərbaycan-Amerika Qadın Cəmiyyətinin sədri Minəvvər Vahabova Fuad Hüseynzadə haqqında məlumat verib. Sonra kitabda yer alan müsahibələr haqqında həmvətənlərimizə danışıb: "Müəllif bununla 10 illik əməyinin nəticəsini ortaya qoyub. Kitabda ən ucqar ölkələrdə belə, yaşayan soydaşlarımızın müsahibələri verilib. Bu kitabın hər səhifəsi bir ölkədən xəbər verir”.

Minəvvər Vahabova qeyd edib ki, kitabınxaricdəki soydaşlarımzın əlaqələrinin yaranması, həmrəyliyinin güclənməsində əhəmiyyətli rolu var.

Təqdimatda iştirak edən digər soydaşlarımız da kitabhaqda danışaraq fikirlərini bildiriblər. Qeyd olunub ki,"Dünya azərbaycanlılarının palitrası”kitabıAzərbaycan diasporunun simasını təcəssüm etdirir.


banner

Oxşar Xəbərlər