• şənbə, 20 Aprel, 12:11
  • Baku Bakı 23°C

"Dünya Azərbaycanlılarının Köln Forumu" keçiriləcək

03.11.16 13:15 1580
"Dünya Azərbaycanlılarının Köln Forumu" keçiriləcək
Dünya Azərbaycanlıarı Assambleyasının təşkilatçılığı ilə "Dünya Azərbaycanlılarının Köln Forumu" keçiriləcək.
DAA-nın mətbuat xidmətindən "Kaspi”yə daxil olan məlumatda bildirilir ki, 04 fevral 2017 -ci ildə baç tutacaq forumun təşkilatçısı Dünya Azərbaycanlıları Assambleyası iştirak edəcək şəxslərin viza dəvətnaməsi, qarşılanması prosesini həyata keçirəcək. Eyni zamanda assambleya Forumla bağlı digər təşkilatçılıq işlərini öz üzərinə götürür.
Forumun keçirilməsində məqsəd dünyaya səpələnmiş soydaşlarımızın yaşadıqları ölkələrə inteqrasiya prosesi ilə tanış olmaq, bu istiqamətdə bir sıra məslələri müzakirə etmək bundan başqa Azərbaycan təşkilatlarının bir- biri ilə sıx qarşılıqlı əlaqələrin yaranmasına tövhə vermək, onları birgə fəaliyyət təşəbbüskarlığına həvəsləndirməkdir.
Forumda əsasən təşkil ediləcək tədbirlər və proqram aşağıdakı kimidir :
• Vision of Azerbaijan – Azərbaycan musiqisi, tarixi, mədəniyyəti , mətbəxi, incəsənəti, turistik bölgələrinin və sair təqdimatı,
• Almanların Azərbaycana köç etməsinin 200 illiyinə həsr olunan filmin nümayişi,
• Mədəniyyətlər və dinlərarası dialoq : Azərbaycan nümunəsi
• Dünya Azərbaycanlılarının durumu , problemləri , onların həlli yolları, qarşıda duran vəzifələr (Gürcüstan, İran, Dərbənddə, İraqda eləcədə yaşayan soydaşlarımızın digər kompakt yaşadığı digər ölkələrdə),
• Qarabağ məsələsi və beynəlxalq təşkilatların mövqeyi
• Dünya Azərbaycanlıları Assambleyasının (DAA) yaranma zərurəti, bugünə qədər görülən işlərin hesabatı,
• DAA – nın fəaliyyət strategiyasının, proqramının hazırlanmasına dair müzakirələr, diskussiyalar.
Qeyd edək ki, Forumun keçirilməsi üçün məkan Hotel Ameron Regent seçilib (Ünvanı : Melatengürtel 15 , 50933 Köln, Deutschland)
Forumda iştirak etmək istəyənlər aşağıdakı koordinatlarla əlaqə saxlaya bilərlər. İştirak edəcək şəxslərin yol və oteldə qalma xərcləri özləri tərəfindən qarşılanacaqdır.
(+46) 766509811 Aida Məmmədova (İsveç)
(+99451)7105115, (+99455)5808311 Könül Məmmədzadə (Azərbaycan)
İstək, təklif, tövsiyyələrinizi eləcə də iştirakınızı təsdiq etmək üçün aşağıdakı e.mail ünvanına yaza bilərsiniz.
banner

Oxşar Xəbərlər