• cümə, 29 Mart, 16:32
  • Baku Bakı 14°C

IV Qurultayda informasiya müharibəsinə dair müzakirələr aparılıb

03.06.16 17:03 1016
IV Qurultayda informasiya müharibəsinə dair müzakirələr aparılıb
Dünya Azərbaycanlılarının IV qurultayı çərçivəsində "Müasir dövrdə informasiya müharibəsi – müdafiədən hücuma: şərtlər, siyasi reallıqlar və yeni fəaliyyət mexanizmləri” mövzusunda panel müzakirələri keçirilib.

APA-nın məlumatına görə, Milli Məclisin deputatı Elman Nəsirov informasiya təhlükəsizliyi məsələlərinin xüsusi önəm kəsb etdiyini bildirdi. O qeyd edib ki, Ermənistanla informasiya müharibəsində qalib gəlməyimiz ərazi bütövlüyümüzün təmin olunmasında mühüm rol oynaya bilər.

AMEA-nın üzvü, akademik Rasim Əliquliyev bildirib ki, 90-cı illərdə Azərbaycanda televiziyanın enerji blokunun partladılması ilə respublikamıza ciddi problem yaradılmışdısa, bu gün artıq Azərbaycanın peyki var: "Müstəqilliyimiz sərvətimizdir, onu qorumalı və ayıq olmalıyıq. Azərbaycan Vikipediada fəal olmalı, Azərbaycanın uğurları barədə məlumatlar yerləşdirilməlidir. 3-5 milyonluq bədnam qonşumuzun Vikipediada 200 min məqaləsi olduğu halda, 50 milyonluq azərbaycanlının 100 min məqaləsi var".

Özbəkistandan gələn tədqiqatçı, Qarabağ üzrə araşdırmaçı Şöhrət Salamov Azərbaycan və özbək xalqının dostluğundan, qardaşlığından danışıb: "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Ancaq silah yolu ilə deyil, sülh yolu ilə məsələnin həllini istəyirik”.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov prezident İlham Əliyevin fikirlərinə istinad edərək informasiya mübarizəsində daha aktiv olmağın vacibliyini vurğulayıb. H. Cavadov informasiya sahəsində uğurlu fəaliyyət üçün koordinasiya şurasının yaradılması təşəbbüsü ilə çıxış edib.

Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev azərbaycanlıların soyqırımı və Qarabağın işğalı ilə bağlı həqiqətlərin dünyaya yayılması üçün bir sıra xarici ölkələrin təcrübəsindən istifadə edildiyini vurğulayıb.
banner

Oxşar Xəbərlər