• şənbə, 20 Aprel, 07:33
  • Baku Bakı 14°C

Dünya azərbaycanlıları İlham Əliyevi dəstəkləyir - müraciətlər

02.10.13 14:20 3178
Dünya azərbaycanlıları İlham Əliyevi dəstəkləyir - müraciətlər
Birləşmiş Ərəb Əmirliklərində yaşayan azərbaycanlılar İlham Əliyevə dəstək müraciəti yaydılar
Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Azərbaycan Cəmiyyəti” prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəyinə dair bəyanat verib. “Azərbaycan Cəmiyyəti”nin sədri Samir İmanovun Birləşmiş Ərəb Əmirliklərində, ümumilikdə fars körfəzi ölkələrində yaşayan azərbaycanlılar adından yaydığı bəyanatda bir neçə gündən sonra Azərbaycanda keçiriləcək prezident seçkilərində ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, prezident İlham Əliyevi dəstəkləyəcəyini bilidirir və dünya azərbaycanlılarını da bu addımı atmağa çağırır.
Təşkilatdan İlham Əliyevin seçki qərargahına daxil olan müraciətdə Azərbaycanın son 10 ildə müxtəlif sahələrdə əldə etdiyi uğurlar qeyd olunur, ölkə başçısının xaricdə yaşayan azərbaycanlılara göstərdiyi yüksək diqqət və qayğı süsusi vurğulanır: “Dövlətin təşkilatçılığı ilə dünya azərbaycanlıları mütəmadi olaraq Azərbaycanda və digər ölkələrdə toplanır və vətənin inkişafi naminə birgə fəaliyyət strategiyası müzakirə edilir. Artıq bir neçə ildir ki, ABŞ-dan üzü Şərqə doğru, Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla erməni diasporu qarşımızda acizdir. Prezidentimizin diaspor siyasətinə lazımi diqqəti olmasaydı bu işləri həyata keçirmək mümkün olmazdı.
Əminəm ki, dünya azərbaycanlıları bizimlə həmfikirdirlər və bir neçə gündən sonra prezidentimizi və xalqımızı təbrik edəcəyik. Şüarımız da dəyişilməzdir: İlhamla irəli!”
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) “Azərbaycan Cəmiyyəti” 2004-cu ildən fəaliyyət göstərir. Cəmiyyət Dubay şəhərində təsis edilib. Azəərbaycan həqiqətlərinin BƏƏ-də təbliğ olunmasında cəmiyyətin böyük rolu var.
Rusiyanın Yekatrinburq şəhərinin Azərbaycan diasporundan İlham Əliyevə dəstək
Prezident İlham Əliyevə seçkilərdə dəstək məqsədilə Rusiyanın Ekaterinburq şəhərində “Odlar Yurdum –Azərbaycan” adlı konsert keçiriləcək. Bu barədə Ümumrusiya Azərbaycanlıları Konqresinin Ural Dairə Şurasından Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin seçki qərargahına daxil olan məlumatda bildirilir.
Konsert 2013-cü il oktyabrın 4-də saat 18:00-da Ümumrusiya Azərbaycanlıları Konqresinin Ural Dairə Şurasının təşkilatçılığı baş tutacaq. Tədbirin əsas məqsədi 2013-cü il oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərində Rusiyada yaşayan həmvətənlərimizin İlham Əliyevi dəstəklədiklərini nümayiş etdirməkdir. Konsertdə tanınmış müğənnilər, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri və digər incəsənət nümayəndələri iştirak edəcəklər.
Qeyd edək ki, Rusiya Federasiyasında Ümumrusiya Azərbaycanlıları Konqresinin regional bölmələrinin təşkilatçılığı ilə Prezident İlham Əliyevə dəstək məqsədilə müxtəlif tədbirlər həyata keçirilir.
İsraildəki Azərbaycan diasporu İlham Əliyevin namizədliyini dəstəkləyir
İsraildə fəaliyyət göstərən “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası bu ölkədə yaşayan Azərbaycan icması adından müraciət yayıb. Müraciətdə deyilir: “Hazırda İsraillə Azərbaycan arasında əlaqələr intensiv şəkildə inkişaf edir və çiçəklənir. İsrail hər bir ölkə ilə, xüsusilə də müsəlman ölkəsi, ələlxüsus da bütün sahələrdə sürətlə inkişaf edən Azərbaycanla yaxşı münasibətləri yüksək dəyərləndirir. Bu, sözsüz ki, İsraildəki Azərbaycan icması üçün çox xoş və qürurvericidir”. Daha sonra müraciətdə bildirilir ki, ikitərəfli əlaqələrin yüksək səviyyəyə çatmasında Azərbaycan diasporu, xüsusilə “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının səyləri böyükdür. Lakin bu münasibətlərin inkişafında, İsrail-Azərbaycan əlaqələrinə marağın artmasında əsas faktorun Azərbaycan dövlətinin yürütdüyü siyasət olduğu vurğulanır: “Prezident İlham Əliyev beynəlxalq aləmlə strateji tərəfdaşlıq əlaqələrini o qədər savadlı və məharətlə qurub ki, Azərbaycan Qərbin olduğu kimi, Şərqin də maraq dairəsindədir. Ölkələrlə qurulan münasibətlərdə İlham Əliyevin siyasi uzaqgörənliyi və çevik taktikası Azərbaycana iqtisadi, hərbi-strateji və sosial sahədə aparıcı mövqe qazandırıb. Bütün bunlar Azərbaycanın hazırkı prezidenti İlham Əliyevin xalqına və dövlətinə firavanlıq bəxş etmək üçün yenidən bu məsuliyyətli posta seçilməyə layiq olduğunun təkzibolunmaz sübutudur”.
Qeyd edək ki, İsraildə fəaliyyət göstərən “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası 2007-ci ildə Təl-Əviv şəhərində təsis olunub. Təşkilat Azərbaycandan köçmüş və hazırda İsrailin müxtəlif şəhərlərində yaşayan 30 minə yaxın yəhudini birləşdirir.
banner

Oxşar Xəbərlər