• çərşənbə axşamı, 23 aprel, 22:22
  • Baku Bakı 20°C

Dünənki matçın qəhrəmanı - Kasilyas

28.06.13 10:27 1486
Dünənki matçın qəhrəmanı - Kasilyas
Apasport.az saytının məlumatına görə, son dünya və Avropa çempionlarının qapıçısı İker Kasilyas gecənin qəhrəmanı seçilib.
Fortaleza şəhərinin “Kastelan” stadionunda baş tutan matçın əsas vaxtında qalib müəyyənləşməyib. Görüşün 30 dəqiqəsində də qapılar toxunulmaz saxlanılıb. Bu zaman qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. Burada isə ispaniyalılar daha dəqiq oynayaraq (7:6), finalda Braziliya yığmasına rəqib olublar.
Qeyd edək ki, iyunun 26-da Uruqvay millisini 2:1 hesabı ilə məğlub edib, həlledici mərhələyə keçən Braziliyanın qapıçısı Julio Sezar da matçın ən yaxşı oyunçusu seçilmişdi.
banner

Oxşar Xəbərlər