• cümə, 29 Mart, 13:32
  • Baku Bakı 14°C

Dünən dənizdə batmış gənc oğlanın meyiti tapılıb

20.07.13 08:27 1439
Dünən dənizdə batmış gənc oğlanın meyiti tapılıb
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 19 iyul 2013-cü il tarixində Xəzər rayonu, Türkan qəsəbəsində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təxminən 7 km məsafədə, nəzarətsiz ərazidə) batmış 1995-ci il təvəllüdlü Quliyev Fərid Şakir oğlunun axtarışları başa çatıb. F. Quliyevin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 50 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 07:20-də başa çatıb.
banner

Oxşar Xəbərlər