• cümə, 29 Mart, 18:30
  • Baku Bakı 14°C

Dünən Bakıda küləyin sürəti saniyədə 30-32 metrə çatıb

27.02.17 16:57 1979
Dünən Bakıda küləyin sürəti saniyədə 30-32 metrə çatıb
Həftə sonu Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyimüşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad MəmmədovaAPA-ya bildirib ki, şimal-qərb küləyi ötən gün paytaxtda daha da güclənib.

Onun sözlərinə görə, fevralın 26-da küləyin sürəti saniyədə 30-32 metrə çatıb: "Bu gün gündüzdən isə arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şərq küləyi ilə əvəz olunub."Küləklər şəhəri” deyilən Bakıda əvvəlki illərdə də belə güclü küləklər müşahidə olunub".
banner

Oxşar Xəbərlər