AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Duma Rusiya ilə ABŞ arasında SNV-3 Müqaviləsinin uzadılması haqda sazişi ratifikasiya edib

Duma Rusiya ilə ABŞ arasında SNV-3 Müqaviləsinin uzadılması haqda sazişi ratifikasiya edib

Təfsilat
27 Yanvar 2021, 14:32 178
Rusiya Dövlət Duması Rusiya ilə ABŞ arasında Strateji Hücum Silahları haqqında Müqavilənin (SNV-3) 2026-cı il 5 fevral tarixinədək uzadılması haqqında sazişi ratifikasiya edib.
 
APA-nın Moskva müxbirinin xəbərinə görə, Dövlət Dumasının bu gün keçirilən plenar iclasında Rusiya prezidenti Vladimir Putin tərəfindən parlamentə təqdim olunan Rusiya və ABŞ arasında SNV-3 müqaviləsinin uzadılması haqqında sazişə baxılıb.
 
Duma yekdilliklə sazişin ratifikasiya olunmasına səs verib.
 
Qeyd edək ki, yanvarın 26-da Rusiya Prezidenti V. Putin və ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı olub. Liderlər Strateji Hücum Silahları haqqında Müqavilənin müddətinin uzadılması barədə razılığa gəliblər. Rusiya Prezidenti bu gün məlum müqavilənin uzadılması haqqında layihəni ratifikasiya olunması üçün parlamentə təqdim edib. Rusiya XİN başçısının müavini Sergey Ryabkov SNV-3 müqaviləsinin uzadılması haqqında layihə barədə parlamentarilər qarşısında çıxış edib və onların suallarını cavablandırıb.