• cümə axşamı, 18 aprel, 07:05
  • Baku Bakı 12°C

Duda: "Polşa Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir"

27.06.17 18:45 1335
Duda: "Polşa Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir"
Görüşdə Polşa Prezidenti ölkələrimiz arasında siyasi sahədə əlaqələrin uğurla inkişaf etdiyini bildirib, qarşılıqlı ticarət dövriyyəsinin daha da artırılmasının vacibliyini qeyd edib. İqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu bildirən Prezident Andjey Duda bu sahədə imkanların araşdırılması baxımından Azərbaycan-Polşa biznes forumunun və imzalanan sənədlərin əhəmiyyətini vurğulayıb.
Prezident İlham Əliyevin Polşaya rəsmi səfərinin ölkələrimiz arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanmasına təkan verəcəyini qeyd edən Prezident Andjey Duda bildirib ki, Polşa Ermənistan-Azərbaycan,Dağlıq Qarabağmünaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsasında həll olunmasını dəstəkləyir.
Prezident İlham Əliyev Azərbaycan-Polşa siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu bildirib, bu səfərin ikitərəfli münasibətlərin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib. Dövlət başçısı ölkələrimiz arasında iqtisadi sahədə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb, bu baxımdan Azərbaycan-Polşa biznes forumunun əhəmiyyətini qeyd edib.
Söhbət zamanı, həmçinin nəqliyyat, dəmir yolu, energetika, infrastruktur, kənd təsərrüfatı, maşınqayırma, turizm, ərzaq, tikinti, əczaçılıq sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər