AZE | RUS | ENG |

Dubayın əsas magistrallarından biri “EXPO-2020”nin şərəfinə adlandırılıb

Dubayın əsas magistrallarından biri “EXPO-2020”nin şərəfinə adlandırılıb
Dubayın əsas magistrallarından biri "EXPO-2020”nin şərəfinə adlandırılıb.
 
AZƏRTAC xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktum "Jebel Ali Lehbab Road” magistralının adının dəyişdirilərək "EXPO Road” adlandırılması barədə sərəncam imzalayıb.
 
Magistralın adının dəyişdirilməsi Yaxın Şərq, Şimali Afrika və Cənub-Qərbi Asiya regionunda ilk dəfə təşkil olunacaq "EXPO-2020” beynəlxalq sərgisi ilə əlaqədardır. Sərgi 2020-ci il oktyabrın 20-dən 2021-ci il aprelin 10-dək Dubayda keçiriləcək.
 
Dubayın Yollar və Nəqliyyat İdarəsi (RTA) bildirib ki, hazırda yolun əvvəlki adı ilə bağlı 68 göstəricinin hamısı dəyişdirilib. "EXPO Road” magistralı Əmirliklərin "Jebel Ali Free Zone Authority”, "Dubai South” və "Dubai Investment Park” kimi bir neçə mühüm məntəqələrinə, həmçinin bilavasitə sərginin keçiriləcəyi əraziyə aparır.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6311
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2102
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.6749
KWD 1 1 Küveyt dinarı 5.5874
TRY 1 1 Türkiyə lirəsi 0.2917