• cümə, 19 Aprel, 17:03
  • Baku Bakı 25°C

Dubay yaşayış yerinin kirayəsindən gələn qazanc üzrə liderlər siyahısındadır

31.07.19 11:30 3008
Dubay yaşayış yerinin kirayəsindən gələn qazanc üzrə liderlər siyahısındadır
Dubay yaşayış üçün elit daşınmaz əmlakın kirayəyə verilməsindən ən yüksək gəlir əldə edən şəhərlərin ilk beşliyinə daxil olub.
AZƏRTAC"The Savills World Cities Prime Residential Index”in göstəricilərinə istinadla xəbər verir ki, 2019-cu ildə yaşayış yerinin kirayəsindən yüksək qazanc əldə edən şəhərlər Mayami, Los-Anceles, Moskva və Dubay olub.
Ən yüksək gəlir Mayamidə qeydə alınıb. Burada yüksəksəviyyəli yaşayış yerinin kirayəsi mülkiyyətçiyə 5,3 faiz illik gəlir gətirir. Dubayda bu göstərici illik 4,8 faiz təşkil edir. Lider şəhərlərin reytinqinə yüksək göstəriciləri elit obyektlərin alqı-satqısında qiymətlərin nisbətən artımı zamanı kirayənin məbləğinin qismən qalxması təmin edib. Bununla yanaşı, bütövlükdə bahalı kirayə mənzillərə yatırımdan gəlir əldə etmək imkanı getdikcə azalır.
banner

Oxşar Xəbərlər