• şənbə, 20 Aprel, 03:38
  • Baku Bakı 15°C

DTX və polis əməliyyat keçirib

24.09.18 14:00 633
DTX və polis əməliyyat keçirib
DTX və polis Astarada əməliyyat keçirib.
DİN-dən Trend-ə verilən məlumata görə, sentyabrın 22-də Astara Rayon Polis Şöbəsinin və DTX-nın rayon şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pensər kənd sakini Teymur Paşayevə məxsus "Mercedes” markalı avtomobilin salonundan 1 ədəd ov bıçağı aşkar edilərək götürülüb.
Davam etdirilən əməliyyat tədbirləri ilə T.Paşayevin atası Ağadadaşın Pensər kəndində yaşadığı evdən isə 1 ədəd pnevmatik tapança, 1 ədəd müvafiq sənədləri olmayan "İJ-16” markalı tüfəng, 7 ədəd patron və 1 ov bıçağı aşkar edilərək götürülüb.
Araşdırma aparılır.
banner

Oxşar Xəbərlər