• cümə, 29 Mart, 18:02
  • Baku Bakı 14°C

DTX və polis birgə əməliyyat keçirib

30.05.18 13:10 736
DTX və polis birgə əməliyyat keçirib
DTX və polis birgə əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin əməkdaşları tərəfindən Balçılı kəndinin ərazisində Şəmkir rayon sakini Qədim Abdullayevdən "AKMS” silahı, "TOZ-16” tüfəngi, 13 ədəd avtomat patronu və 1 ədəd patrpon darağı götürülüb.

Bundan başqa,AğdamRPŞ əməkdaşları tərəfindən Qalayçılar kənd sakini Elmir Əhmədovdan müvafiq sənədləri olmayan "TOZ-16” markalı tüfəng və 9 ədəd patron, İsmayıllı RPŞ əməkdaşları tərəfindən Hacıhətəmli kənd sakini Səttarxan Beybutovdan müvafiq sənədləri olmayan, nömrəsi silinmiş "TOZ-16” markalı tüfəng götürülüb.
banner

Oxşar Xəbərlər