AZE | RUS | ENG |

DTX və Dövlət Gömrük Komitəsi birgə əməliyyat keçirib

DTX və Dövlət Gömrük Komitəsi birgə əməliyyat keçirib
Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsitərəfindən həyata keçirilmiş birgə əməliyyat tədbirləri nəticəsində Azərbaycan-Gürcüstan sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilən, qanunsuz və saxta spirtli içki istehsalı üçün nəzərdə tutulan təxminən 500000 ədəd saxta aksiz markası aşkarlanaraq, götürülüb.
 
APA-nın DTX-nin saytına istinadən verdiyi xəbərə görə, araşdırmalar zamanı saxta aksiz markalarını sifariş verib gizli surətdə çatdırılmasını təşkil edən, ölkədə saxta aksiz markalarının qanunsuz dövriyyəsi ilə məşğul olan Azərbaycan vətəndaşları Mehdiyev İntiqam Hüseyn oğlu və Nəcəfov Ruslan Həmzə oğlu müəyyən edilərək cinayət məsuliyyətinə cəlb ediliblər. 
 
Başlanılmış cinayət işi üzrə araşdırmalar davam edir. 

Bildirilib ki, Azərbaycan Respublikasında vətəndaşların sağlamlığına qəsd edən hüquqazidd əməllərin qarşısı bundan sonra da qətiyyətlə alınacaq.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN