AZE | RUS | ENG |

DTX: Suriyaya gedən Azərbaycan vətəndaşlarının sayı 1000-dən çox olub

DTX: Suriyaya gedən Azərbaycan vətəndaşlarının sayı 1000-dən çox olub
"Suriyaya - münaqişə bölgəsinə gedən Azərbaycan vətəndaşlarının sayı min nəfərdən çox olub”.
 
APA-nın məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şöbə rəisi Suad Mahmudov bildirib.

S. Mahmudov deyib ki, Şimali Qafqazdakı terror qruplaşmalarına qoşulan Azərbaycan vətəndaşlarının sayı onlarla ölçülürdüsə, Əfqanıstan və Pakistana getmiş Azərbaycan vətəndaşlarının sayı 300-ə yaxın, Suriyadakı münaqişə bölgəsinə gedənlərin sayı isə 1000-dən artıq olub: "Bu, nəyin nəticəsində baş verib? Təbii ki, reklamın. Hər bir münaqişənin ekstremistlərə məxsus kütləvi informasiya vasitələrində, internet saytlarında, eyni zamanda, sosial şəbəkələrdə aparılan süni təbliğatı buna təsir etdi. Niyə Suriyadakı hadisələrə qoşulan çox oldu? Çünki bu hadisələrin təbliğatına daha çox önəm verildi, daha çox vəsait ayrıldı. Təbii ki, bütün bu proseslər DTX tərəfindən ciddi nəzarətə götürülür. Bunların qarşısının alınması üçün tərəfimizdən tədbirlər həyata keçirilir. Nəticədə bu gün Azərbaycanda dini radikalizm prosesinin qarşısı alınır”.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6504
GBP 1 İngilis funt sterlinqi 2.2363
TRY 1 Türk lirəsi 0.2688
KWD 1 Küveyt dinarı 5.6131
SEK 1 İsveç kronu 0.1908
EUR 1 Avro 1.9876
CHF 1 İsveçrə frankı 1.7667
USD 1 ABŞ dolları 1.7000