AZE | RUS | ENG |

DTX-nın həbs etdiyi baş redaktorun məhkəməsində AMEA əməkdaşı ifadə verib

DTX-nın həbs etdiyi baş redaktorun məhkəməsində AMEA əməkdaşı ifadə verib
Bakı Ağır Cinayətlər Məhkəməsində reketlik fəaliyyətində təqsirləndirilən "İrəvan Press" qəzetinin baş redaktoru Azər Abbasovun cinayət işi üzrə  məhkəmə prosesi davam edib.
 
APA-nın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ötən proses barəsində məcburi gətirilmə qərarı çıxarılmış AMEA-nın İşlər İdarəsinin Akademiya Şəhərciyinin direktoru Bayram Babayev dindirilib.
 
B. Babayev ifadəsində təqsirləndirilən şəxsə heç bir şikayət və tələbinin olmadığı deyib: "Bir yerdə masa arxasında oturmuşduq. Pul istədi. Köməklik niyyəti ilə ona pul vermişəm. Heç bir  problemimiz olmayıb. Qarşılığı olmadan köməklik etmişəm".
 
Məhkəmə prosesi iyulun 13-də davam edəcək.
 
Qeyd edək ki, A. Abbasov Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməliyyatı nəticəsində ötən ilin iyununda həbs olunub. O, 25 nəfər zərərçəkmiş şəxsdən hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilir.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.923
GEL 1 1 Gürcüstan larisi 0.6449
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1951
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1837
CHF 1 1 İsveçrə frankı 1.6935
KWD 1 1 Küveyt dinarı 5.5962
TRY 1 1 Türkiyə lirəsi 0.3219