AZE | RUS | ENG |


DTX müqavimət göstərən silah qaçaqmalçılarını məhv edib

DTX müqavimət göstərən silah qaçaqmalçılarını məhv edib
Qabaqcadan əlbir olan şəxslər tərəfindən xüsusilə ağır cinayətlər törətmək məqsədi ilə qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq odlu silah, döyüş sursatı və partlayıcı maddələrin ölkəyə gətirilməsi, saxlanması və daşınması barədə daxil olmuş məlumatlar Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan araşdırmalarla təsdiqlənib və təxirəsalınmaz tədbirlərin görülməsini zəruri edib. 
 
DTX-nın İctimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bu cinayət əməllərində şübhəli olan Hüseynov Azər Məmməd oğlu və İslamov Əli Sabir oğlunun saxlanılması üçün 2017-ci il martın 10-da xüsusi əməliyyat keçirilib.
 
Əməliyyat zamanı Azər Hüseynov və Əli İslamov yaşayış sahəsində silah tətbiq edərək müqavimət göstərib, qanunla müəyyən edilmiş qaydada cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə məhv ediliblər.
 
Azər Hüseynovun və Əli İslamovun qanunsuz saxladıqları 1 ədəd "AKSU-74” tipli avtomat, 2 ədəd "Makarov” tipli və 1 ədəd kustar üsulla hazırlanmış tapançalar, 400 və 75 qramlıq partlayıcı maddələr və xeyli sayda müxtəlif çaplı patronlar götürülüb.
 
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. 





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7079
GBP 1 İngilis funt sterlinqi 2.1952
TRY 1 Türk lirəsi 0.4837
KWD 1 Küveyt dinarı 5.6346
SEK 1 İsveç kronu 0.2108
EUR 1 Avro 2.0035
CHF 1 İsveçrə frankı 1.7632
USD 1 ABŞ dolları 1.7008