• şənbə, 20 Aprel, 18:01
  • Baku Bakı 24°C

DTX əməkdaşları ağacəkmə aksiyası keçiriblər

17.03.18 22:34 536
DTX əməkdaşları ağacəkmə aksiyası keçiriblər
Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları martın 17-də Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 99 illiyi və Novruz bayramı ərəfəsində Bakı şəhərinin Bilgəh kəndiqəsəbəsi ərazisində ağacəkmə aksiyası keçiriblər.

DTX-nın mətbuat xidmətindənAPA-ya verilən xəbərə görə, bir hektar yarım ərazidə şəhər şəraitində əkilib-becərilməsi həm dekorativlik, həm də ekoloji baxımdan məqbul hesab edilən şam, tuya, göyrüş və digər müxtəlif növ, ümumilikdə 400-ə qədər ağac əkilib.

Doğma yurdumuzun füsunkar təbiətinin və təmiz ekoloji mühitinin qorunması və sağlamlaşdırılması işinə töhfə verilməsi istiqamətində DTX-nin əməkdaşları tərəfindən ağcəkmə aksiyaları bundan sonra da davamlı şəkildə həyata keçiriləcək.
banner

Oxşar Xəbərlər