DSX və DİN birgə əməliyyat keçirdi

DSX və DİN birgə əməliyyat keçirdi

Kriminal
25 Sentyabr 2019, 12:53 206
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində, Astara rayonunun Deqadi kəndi yaxınlığında Daxili İşlər Nazirliyinin Astara rayon şöbəsinin əməkdaşları ilə birgə keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ərazidə gizlədilən 1 ədəd bağlama aşkar olunaraq götürülüb.
Xidmətin Mətbuat Mərkəzindən Trend-ə verilən məlumata görə, baxış zamanı bağlamada ümumi çəkisi 5 kq 95 qram olan "tiryək” narkotik vasitəsinin olması müəyyən edilib.
Narkotik vasitəni əraziyə gətirən və cinayətdə əlaqəsi olan şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.