• çərşənbə, 24 Aprel, 01:44
  • Baku Bakı 14°C

DSX rəisinin müavini Əfqan Nağıyev məhkəmə qarşısına çıxarılıb

15.05.20 16:52 1158
DSX rəisinin müavini Əfqan Nağıyev məhkəmə qarşısına çıxarılıb
Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə əməliyyatı zamanı saxlanılan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisinin müavini, general-leytnant Əfqan Nağıyev və onunla birgə tutulan digər vəzifəli şəxslər məhkəməyə gətirilib.
APA-nın məlumatına görə, hazırda Binəqədi rayon Məhkəməsində istintaq orqanının həmin şəxslərin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verdiyi təqdimata baxılır.
Qeyd edək ki, Ə. Nağıyev və Sahil Mühafizə Xidmətinin digər vəzifəli şəxsləri Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.
banner

Oxşar Xəbərlər