• çərşənbə axşamı, 19 mart, 14:13
  • Baku Bakı 8°C

DSX-nin sədr müavini: “Azərbaycan və Gürcüstan sərhədçiləri arasında əlaqələr daha da güclənib”

25.09.17 13:00 811
DSX-nin sədr müavini: “Azərbaycan və Gürcüstan sərhədçiləri arasında əlaqələr daha da güclənib”
"Azərbaycan və Gürcüstan sərhədçiləri arasında sıx əlaqələr mövcuddur”.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Azərbaycanı Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, general-mayor Fərhad Tağızadə Tbilisidə deyib.
Azərbaycan və Gürcüstan arasında quru sərhədinin mühafizəsi ilə bağlı layihənin nəticələri haqda danışan F. Tağızadənin sözlərinə görə, layihə çərçivəsində qarşıya qoyulmuş bütün məqsəd və vəzifələrə nail olunub: "Layihə çərçivəsində sərhədlərin mühafizəsinə dair texniki dəstək almışıq. Azərbaycan və Gürcüstan sərhədçiləri üçün təlimlər və həmçinin təlimçilər üçün təlimlər də təşkil olunub. Eyni zamanda bir sıra Avropa ölkələrinə səfərlər çərçivəsində təcrübə mübadiləsi aparılıb.”
Rəis müavini qeyd edib ki,layihənin əsas nailiyyətlərdən biri də iki ölkə sərhədçiləri arasında əlaqələrin daha da sıxlaşmasıdır: "Bu əlaqələr çərçivəsində əməkdaşlıq bundan sonra da davam etdiriləcək”.
"Azərbaycan və Gürcüstan arasında quru sərhədinin mühafizəsinin daha yaxşı əlaqələndirilməsi” adlı üç illik layihəAvropa İttifaqı,BMTİnkişaf Proqramı və Azərbaycan və Gürcüstan hökumətlərinin dəstəyi ilə həyata keçirilib.
5 milyon avrodan çox büdcəsi olan layihənin əsas məqsədi regionda ümumi təhlükəsizliyə müsbət təsir göstərməklə Azərbaycan və Gürcüstan arasında quru sərhəddə əlaqələndirilmiş tədbirlər mexanizmini yaratmaq və tətbiq etmək üçün hər iki ölkənin sərhəd orqanlarının fəaliyyət potensialını daha da inkişaf etdirməkdən ibarətdir.
Layihənin nəticələrinin təqdimat konfransında çıxış edən Avropa İttifaqının (Aİ) Gürcüstandakı nümayəndəliyinin rəhbərinin müavini Karlo Natale bildirib ki, layihə Aİ-nin Şərq Tərəfdaşlığı proqramı çərçivəsində həyata keçirilib: "Biz ölkələrə qaçaqmalçılıq və trafikinqlə mübarizədə daha effektiv vasitələrdən istifadə etmək, regional və qlobal əməkdaşlığın möhkəmləndirilməsində kömək edirik”.
BMTİnkişaf Proqramının Gürcüstandakı rəhbəri Niels Skott regionda davamlı inkişafın təşviq olunması istiqamətində layihənin əhəmiyyətini qeyd edib: "Müasir sərhədlər insanların yeni bazarlara daxil olması, ticarət, turizm, təhsil və iqtisadi əməkdaşlıq üçün açıq qapı rolunu oynayır”.
banner

Oxşar Xəbərlər