• cümə axşamı, 28 mart, 14:12
  • Baku Bakı 16°C

DSX: İrandan Azərbaycana külli miqdarda narkotik maddə keçirilməsinin qarşısı alınıb

25.11.19 14:45 495
DSX: İrandan Azərbaycana külli miqdarda narkotik maddə keçirilməsinin qarşısı alınıb
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirləri davam etdirir.
DSX-nin mətbuat mərkəzindənAZƏRTAC-a bildiriblər ki, noyabrın 23-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz” sərhəd dəstəsinin Fizuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən iki nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmaları müşahidə olunub.
Sərhəd zastavası "Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb. Sərhəd naryadı tərəfindən "Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd ediblər.
Sərhəd naryadı tərəfindən "Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə tam uyğun olaraq silah tətbiq olunub və sərhəd pozucularından biri zərərsizləşdirilib. Digər sərhəd pozucusu ərazinin kolluq və qamışlıq olmasından istifadə edərək İran İslam Respublikası ərazisinə qaçıb.
Hadisə yerində bir polietilen bağlamada ümumi çəkisi 2595 qram marixuana və metamfetamin, "Samsung” markalı mobil telefon, bir bıçaq, iki 7,62 millimetrlik patron gilizi aşkar olunub.
İran İslam Respublikasının sərhəd nümayəndəsinin iştirakı ilə hadisə yerinə baxış keçirilərkən aldığı güllə yarasından hadisə yerində ölmüş sərhəd pozucusunun İran vətəndaşı olması müəyyən edilib.
Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının və Füzuli Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.
banner

Oxşar Xəbərlər