• çərşənbə, 24 Aprel, 23:36
  • Baku Bakı 23°C

DSX əsgər intiharı ilə bağlı məlumat yaydı

29.08.13 13:10 1395
DSX əsgər intiharı ilə bağlı məlumat yaydı
Dövlət Sərhəd Xidməti əsgərin intihar etməsi ilə bağlı məlumat yayb. Lent.az-ın DSX-nın saytına istinadən verdiyi məlumata görə, 1994-cü il təvəllüdlü, 2012-ci ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış Məmmədov Nofəl Nofəl oğlu naməlum səbəbdən özünü asaraq intihar edib.
Faktla bağlı Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidmətinin rəhbər nümayən­dələri tərəfindən hadisə yerində araşdırma aparılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb.
Baş vermiş hadisənin təfərrüatları barədə əlavə məlumat veriləcək.
banner

Oxşar Xəbərlər