• cümə axşamı, 25 aprel, 03:07
  • Baku Bakı 19°C

DSX: Dövlət sərhədlərinin minalardan təmizlənməsi davam edir

27.01.21 12:00 361
DSX: Dövlət sərhədlərinin minalardan təmizlənməsi davam edir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə sayəsində dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, o cümlədən ölkəmizin İran İslam Respublikası dövlət sərhədi işğaldan azad edildikdən sonra bu ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun bərpa edilməsi tədbirləri davam etdirilir.
Dövlət Sərhəd XidmətindənAPA-ya verilən məlumata görə,Ermənistan Silahlı Qüvvələrinin İran İslam Respublikası ilə dövlət sərhəd xətti boyu minaladığı ərazilər Dövlət Sərhəd Xidmətinin mühəndis-istehkam bölmələri tərəfinədən hazırda minalardan təmizlənilir.
Son günlər ərzində Cəbrayıl rayonunun Həsənli kəndi yaxınınlığında 80 ədəd tank əleyhinə mina sərhədçi istehkamçılar tərəfindən zərərsizləşdirilib.

banner

Oxşar Xəbərlər