• cümə axşamı, 28 mart, 22:27
  • Baku Bakı 13°C

DSX: Düşmən təxribatının qarşısı alınıb

27.03.20 13:23 1263
DSX: Düşmən təxribatının qarşısı alınıb
27 mart tarixində 12:00 radələrindən başlamaqla Qazax rayonu istiqamətində sərhəd döyüş məntəqələrimiz və arxa hüdudda hərəkət edən təminat nəqliyyat vasitələri Ermənistanın Noyemberyan rayonunun Boqanis kəndi yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub.
Dövlət Sərhəd Xidmətinin Mətbuat MərkəzindənAPA-ya bildirilib ki, düşmən təxribatının qarşısı alınıb, sərhəd döyüş məntəqələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş və snayper mövqeləri cavab atəşi ilə susdurulub.
banner

Oxşar Xəbərlər