• cümə axşamı, 25 aprel, 05:14
  • Baku Bakı 19°C

DSX, DGK, DMX və ASAN xidmətin rəhbərliyi Şəkidə sərhəd zastavasında olublar

25.07.18 13:45 939
DSX, DGK, DMX və ASAN xidmətin rəhbərliyi Şəkidə sərhəd zastavasında olublar
Dövlət Sərhəd Xidmətinin rəisi, ge­neral-polkovnikElçin Quliyev, Dövlət Gömrük Komitəsinin sədri,göm­rük xidməti general-leytenantı Səfər Mehdiyev, Dövlət Miqrasiya Xid­mə­tinin rəisi Vüsal Hüseynov, Azərbaycan Respublikasının Pre­zidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev DSX-nin sərhəd qoşunlarının "Şəki” sərhəd dəstəsinin "Laza” sərhəd zastavasına səfər ediblər.

DSX-nin mətbuat mərkəzindənAPA-ya verilən məlumata görə, səfər zamanı Dövlət Sərhəd Xidmətinin və ASAN Xidmətin birgə təş­kilatçılığı ilə 100 nəfər ASAN könüllüsü üçün təşkil olun­muş "Hər­biyyə” hərbi-vətənpərvərlik düşərgəsinin iştirak­çıları ilə görüş keçiril­ib, "Laza” sərhəd zastavasında sərhədçilərin xidmət və yaşayış şəraiti ilə tanış olunub.

Görüşdə gənclərin hərbi-vətənpərvərlik, Azərbay­can dövlətçiliyi­nə sədaqət və Vətənə məhəbbət ruhunda tərbiyəsinin mühüm əhə­miy­yət kəsb etməsi xüsusi qeyd olunmuş, bu cür layihə­lərin miqya­sı­nın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan Prezidenti İlham Əli­yevin Ali Baş Komandanlığı altında ölkəmizin hərbi qüdrətinin yüksəl­dilməsi istiqamətində görülən işlər sa­yə­sində torpaqlarımızın ən yaxın müd­dət­də işğaldan azad ediləcəyinə əminlik ifadə olunub, fəaliyyət sahə­­sindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının döv­lət­çilik naminə çalışmasının böyük əhəmiyyət kəsb etməsi vurğulan­ıb.
banner

Oxşar Xəbərlər