• cümə, 19 Aprel, 00:01
  • Baku Bakı 18°C

DSX-də 2017-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib

14.12.17 12:25 1718
DSX-də 2017-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib
Dövlət Sərhəd Xidmətinin 2017-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçi­ril­ib.

DSX-nin mətbuat mərkəzindənAPA-ya verilən məlumata görə, hesabat müşavirəsində Azərbaycan Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisiFuad Ələsgərovda iştirak edib.

Müşavirədə hesabat məruzəsi ilə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnikElçin Quliyevsilahlı birləşmələrin və digər struktur qu­rumların xidməti fəaliyyətini qiymətləndirib, 2018-ci ildəDövlət Sərhəd Xidmətiqarşısında duran əsas vəzifə və tapşırıqları qeyd edib. 2017-ci ilin Azərbaycan Sərhəd Mühafizəsi üçün döyüş hazırlığının daha yüksək səviyyədə təmin edilməsi, dövlət sərhədinin toxunulmazlığının təminatı tədbirlərinin ardıcıl davamı, dövlət sərhədinin əməliyyat və texniki yolla müha­fi­zə­­sinin gücləndirilməsi, beynəlxalq sərhəd əməkdaşlığının genişləndirilməsi ilə əlamətdar olması qeyd olunub.

Müşavirədə qeyd olunub ki, 2017-ci ildə geniş miqyaslı döyüş atışlı taktiki dəniz sərhəd təlimləri keçiril­ib, gəmi silahlarının gecə və gündüz şəraitində atışları zamanı bütün təlim tapşırıqları yüksək səviyyədə icra olunub, şəxsi heyət tərəfindən böyük döyüş məha­rəti nümayiş etdirilib. Avqust ayında Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsi əməliyyatlarında Dövlət Sərhəd Xidmətinin 2 helikopteri iştirak edib, uçuş heyətlərimiz tərəfindən yüksək peşəkarlıq nümayiş etdirilib.
Sərhəd xəttində xüsusi işarəverici texniki komplekslərin, texniki müşahidə məntəqələrinin və videomüşahidə kameralarının quraşdırılması nəticəsində dövlət sərhədinin pozulmasının qarşısının texniki yolla alınması sahəsində önəmli nəticələr əldə olunub.

Hesabat müşavirəsində Azərbaycan sərhədçilərinin üzə­rilərinə düşən vəzifələri və Azər­baycan Prezidenti Silahlı Qüv­və­lərin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarını daima şərəf və ləya­qətlə yerinə yetirə­cək­ləri vurğulanıb.

Müşavirənin sonunda xidmətdə fərqlənmiş hərbi qulluqçulara dövlət təltif­ləri təqdim olunub.
banner

Oxşar Xəbərlər