AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Droqba: “Bizim üçün dərs oldu“

Droqba: “Bizim üçün dərs oldu“

İdman
04 Aprel 2013, 11:43 1332
“Qalatasaray”ın futbolçusu Didye Droqba Çempionlar Liqasının 1/4 finalında “Real”a oyundan (0:3) sonra fikirlərini bildirib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hücumçu məğlubiyyətin səbəbini rəqibə nisbətən daha az təcrübəli olmaqda görüb: “Hələlik öyrənirik. Gənc bir komandaya sahibik. Burada oynamaq və bu nəticəni əldə etmək bizim üçün dərs oldu".

Futbolçu “Real”la eyni səviyyədə oynamağa çalışdıqlarını da qeyd edib: “Ancaq nəticə onlar üçün sərfəli oldu. Bizdən daha cəsur və istəkli oyun nümayiş etdirdilər”, - deyə o bildirib.

Qeyd edək ki, “Real” - “Qalatasaray” matçı 3:0 hesabı ilə başa çatıb.