• cümə, 19 Aprel, 11:32
  • Baku Bakı 13°C

“Dördlər finalı” Bakıda olacaq

11.11.13 08:58 1448
“Dördlər finalı” Bakıda olacaq
Qadın voleybolçular arasında Çempionlar Liqasının “Dördlər finalı” Bakıda keçiriləcək. Apasport.az saytının məlumatına görə, bu haqda qərarı Avropa Voleybol Konfederasiyası (CEV) verib.
Qurum yarışa ev sahibliyi etmək istəyən klubların sifarişlərini nəzərdən keçirərək “Rabitə”nin “Dördlər finalı”nın təşkilatçısı olmasını məqsədəuyğun sayıb. 2012-ci ildə də Azərbaycan paytaxtında təşkil olunan “Dördlər finalı” “Bakı Kristal Hall”da baş tutacaq. Buna səbəb 2015-ci ildə keçiriləcək Avropa Oyunlarının voleybol yarışlarının məhz burada baş tutmasıdır.
Qeyd edək ki, 2012-ci ildə ölkəmizdə keçirilən “Dördlər finalı” yerli komanda olmadan baş tutmuşdu. Həmin vaxt Türkiyənin “Fənərbaxça” klubu ölkəmizi kubokla tərk etməyi bacarmışdı.
banner

Oxşar Xəbərlər