• cümə, 19 Aprel, 09:39
  • Baku Bakı 13°C

Dörd yunan-Roma güləşçimizin dünya çempionatında rəqibi müəyyənləşib

17.08.19 09:15 5441
Dörd yunan-Roma güləşçimizin dünya çempionatında rəqibi müəyyənləşib
Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatı sona yaxınlaşır.
Trend-in məlumatına görə, altıncı yarış günündə 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparacaq. Bu gün həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib və güləşçilərimizin rəqibləri müəyyənləşib.
60 kq
1/8 final - Əsgər Əlizadə - Qunvoo Park (KOR)
67 kq
1/16 final - Adəm Hacızadə - Əhməd Fevzi Barahman (KSA)
72 kq
Təsnifat - Ülvi Qənizadə - Samvel Qriqoryan (ARM)
97 kq
Təsnifat - Xəyal Mehtiyev - Aleksandr Yevdokimov (UKR)
banner

Oxşar Xəbərlər